In partnership with Fineksus

AML/Komplayens sahəsi üzrə təklif etdiyimiz məhsul və xidmətlər

PayGate Inspector

PayGate™ Inspector

PayGate™ Inspector maliyyə əməliyyatlarını və müştəri məlumat bazasını rəsmi izləmə siyahıları ilə müqayisə etməklə Çirkli pulların yuyulması ilə mübarizə (AML/Komplayens) qaydalarına riayət etməyə imkan verir.

AI ilə işləyən filtrləmə ilə qabaqcıl yoxlama üsulları | API ilə sürətli sinxron inteqrasiya | ADK vasitəsilə SWIFT Alliance ilə inteqrasiya etmək imkanı PEP və RCA üçün skrininq | Mətn faylları, SWIFT mesajları, MQ seriyası və verilənlər bazası üçün dəstək

PayGate™ Inspector proqramının imkanları

  • Qara siyahıya alınmış şəxslərlə hər hansı əməliyyatın emissiyasının və ya işlənməsinin qarşısını almağa kömək edir
  • Uyğunlaşma meyarları üçün qabaqcıl qaydaları müəyyən etməyə imkan verir
  • İş axınları tələbə uyğun dəyişdirilə bilər
  • Həm xüsusi, həm də rəsmi siyahıları dəstəkləyir
  • Tam auditə imkan verir
  • Yüksək səviyyədə təhlükəsizliyi və hüquqların idarə edilməsini təmin edir

AML Nəzarət Sistemi

Şirkətlərdə AML/Komplayens tələblərinə uyğunluğu təmin etmək üçün kompleks həll. AML/Komplayens qanunvericiliyi mürəkkəb və sərt olmaqla yanaşı şirkətlərdən daxili nəzarət sisteminin qurulmasını tələb edir. Daxili nəzarət sistemi müvafiq pqroqram təminatı ilə yanaşı qaydaların, təlimatların və digər daxili sənədlərin hazırlanmasını tələb edir.

Biz şirkətlərin AML/Komplayens üzrə daxili nəzarət sisteminin qurulmasına kömək edirik.

AML Nəzarət Sisteminin imkanları

  • Müştərilərin risk skorinqi üzrə prosedurların hazırlanması
  • Şübhəli əməliyyatların monitorinqi üzrə qaydaların müəyyən edilməsi
  • Hesabatların hazırlanması və təqdim edilməsi
  • İşçilərin təlimi və sertifikatlaşdırılması
  • Daxili qaydaların hazırlanması
  • Risk qiymətləndirməsi